Tramp Putini müdafiə etdi: “Siz elə bilirsiniz ki, bizim ölkə günahsızdır?”

0
314275

“Siz elə bilirsiniz ki, bizim ölkə günahsızdır?”

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə qatil deyən jurnalistin cavabını verib. VOİCEPRESS-in “Vesti”yə istinadla verdiyi məlumata görə, rus lideri “Fox News”un əməkdaşı tənqid edib.
Tramp müsahibəsi zamanı Putinə hörmət etdiyini deyib. Aparıcı Bill О’Rayli buna cavab olaraq “Putin-qatildir” deyib. Trampın ona cavabı isə belə olub: “Çox qatil var. Bizdə də çoxdurlar. Siz elə bilirsiniz ki, bizim ölkə günahsızdır?”.

O, qeyd edib ki, ABŞ Rusiya ilə yaxşı yola getməlidir, xüsusilə terrorizmlə mübrizə məsələsində. Tramp ABŞ-ın çox xətaya yol verdiyini qeyd edib, əvvəldən özünün İraqla savaşa qarşı çıxdığını, müharibənin çox insanın həyatına son qoyduğunu bildirib.

O, İranla nüvə sahəsində imzalanan müqavilədən də danışıb. ABŞ lideri deyib ki, bu onun həyatında gördüyü ən pis razılaşmadır və Obama administrasiyası onu heç bir səbəb olmadan imzalayıb.

Anlaşmadan geri çəkilib-çəkilməyəcəyi barədə suala isə “baxacağıq” deyə cavab verib.”Ölkəmizə hörmətləri yoxdur. İndi artıq birlikdəyik desələr anlardım, bu sənədlə razılaşardım. Amma tərsinə oldu. Cəsarətləndilər. Təyyarələrimizi izləyirlər, balaca qayıqlarla gəmilərimizin ətrafında fırlanırlar və belə bir razılaşma imzalayacaq qədər səfeh birinin olduğuna inanmadıqları üçün olan hörməti də itiriblər”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here