Torpaq vergisinin hesablanması asanlaşdı

0
314676

Torpaq vergisinin hesablanması asanlaşıb.

Vergilər Nazirliyi tərəfindən Azərbaycan ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fizki şəxslərin və müəssisələrin torpaq vergisinin hesablanması üçün zəruri olan torpağın təyinatı, coğrafi baxımdan yerləşdiyi ərazi, keyfiyyəti, torpaq vergisinin dərəcəsi və güzəşt hüququ kimi məlumatlara əsasən, torpaq vergisinin hesablanma mexanizmini özündə əks etdirən hesablayıcı-kalkulyator hazırlanıb.

VOİCEPRESS-in qurumun saytına istinadən verdiyi məlumata görə, xidmətdən istifadə etmək üçün Vergilər Nazirliyinin rəsmi internet səhifəsində hər hansı formada qeydiyyatdan keçməyə ehtiyac yoxdur. İstənilən şəxs proqramı öz şəxsi kompüterinə yükləməklə sərbəst şəkildə istifadə edə bilər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here