Pensiya kartı ilə bağlı məsələ qaldırıldı
VOİCEPRESS bildirir ki, deputat maaş, pensiya kartı ilə hər hansı məhsul alınan zaman banklar tərəfindən 18 faiz əlavə dəyər vergisi tətbiq edilməsini pisləyib.
O deyib ki, Azərbaycan banklarının bu siyasəti gələcəkdə problemlərə yol açacaq.
Musa Quliyev problemin aradan qaldırılması üçün qanunvericiliyə dəyişiklik edilməsinin vacibliyini vurğulayıb.
“Maliyyə Bazarlarına Nəzarət Palatası müvafiq normativ aktlara lazımi dəyişikliklər etməlidir. Məqsəd isə bu olmalıdır ki, insanlar belə problemlərlə rastlaşmasınlar”.
Musa Quliyev ikinci və üçüncü qrup əlillərin əmək qabiliyyətli hesab olunduğunu da bildirib: “Amma bu insanlarla tam sağlam insanların işə götürülməsi məsələsinə yanaşma eyni olmayacaq. Biz əlillər üçün iş kvotası məsələsinə yenidən baxmalıyıq”.
VOİCEPRESS.AZ