Fransanın Metz şəhərində gənclər arasında keçirilən stolüstü tennis üzrə “Fransa Open” çempionatında komanda yarışları başa çatıb.
Azərbaycan Stolüstü Tennis Federasiyasındən VOİCEPRESS-ə verilən məlumata görə, qızlardan ibarət Azərbaycanın yığma komandası I yeri tutaraq çempionatın qalibi olub.
Oğlanlardan ibarət komandamız isə II yerə layiq görülüb.
Qeyd edək ki, qızlar arasında şəxsi yarışlarda da Azərbaycan tennisçisi qızıl medal qazanıb.
VOİCEPRESS.AZ