Tələbələrin Universitetə olan borcları açıqlandı

4 Fevral, 20:07

Tələbələrin Dövlət Pedoqoji Universitetinə 1 milyon 907 min manat təhsil haqqı borcu yaranıb.

VOİCEPRESS fins.az-a istinadən bildirir ki,F indi bakalavriat səviyyəsində təhsil alan tələbələrin ümumilikdə 1 milyon 779 min manat, ali təhsilinin magistratura səviyyəsində təhsil alan tələbələrin isə 128 min manat təhsil haqqı borcu qalıb.
Ancaq buna baxmayaraq indiyə qədər təhsilhaqqını ödəyə bilmədiyi üçün heç bir tələbənin təhsilini yarımçıq qoyması faktı qeydə alınmayıb:
“ADPU-da təhsil haqqını tam ödəməyən tələbə yoxdur. ADPU-nun rəhbərliyi tərəfindən tələbələrə tədris ili dövründə təhsilhaqqını iki dəfəyə ödəməyə icazə verilib. Yəni maddi cəhətdən imkansız olan tələbələr təhsilhaqqının yarı hissəsini tədris ilinin əvvəlindən yanvar ayına kimi, qalan yarı hissəsini isə tədris ilinin sonuna kimi ödəyir”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here