İstanbulda təhlükəsizlik tədbirləri gücləndirildi
VOİCEPRESS-in məlumatına görə İstanbulda 14-15 fevral tarixlərində bəzi yollar avtomobillərin hərəkəti üçün bağlı olacaq. İstanbul Baş Polis İdarəsi 14-15 Fevral təhlükəsizlik tədbirləri çərçivəsində bu gündən etibarən fevralın 16-sı saat 16:00-a qədər Taksim ətrafındakı küçələrin əksəriyyətinin avtomobillərin hərəkəti üçün bağlı olacağını açıqlayıb.
Təhlükəsizlik tədbirləri Abdulla Öcalannın həbs olnumasının ildönümü ilə əlaqədar həyata keçirilir. Sabah Abdulla Öcalanın həbs edilməsinin ildönümüdür. O, 1999-cü ildə Nairobidə Küniya təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Türkiyəyə təhvil verilmişdi.
VOİCEPRESS.AZ