Son İngiltərə çempionu ardıcıl 5-ci oyunda uduzdu

13 Fevral, 08:35

2015-2016-ci il İngiltərə Premyer Liqasının sensasion qalibi olan Lester City futbol klubu İngiltərə çempionatında keçirdiyi son 5 oyunda meydanı məğlubiyyətlə tərk edib.

VOİCEPRESS trend-ə istinadən bildirir ki, bazar günü keçirilən qarşılaşmada Suonsi klubuna 0:2 hesab ilə məğlub olan Klaudio Ranyerinin yetirmələri, artıq beş oyundur ki çempionatda xal qazana bilmir.

Son məğlubiyyətdən sonra “tülkülər” 21 xalla turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Lester komandası ötən mövsümdə 81 xal toplayaraq, tarixində ilk dəfə İngiltərə çempionu olub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here