Somalidə partlayış törədilib. VOİCEPRESS xarici mediaya istinadən xəbər verir ki, hadisə paytaxt Moqadişoda yerləşən bazarda baş verib. Partlayış nəticəsində azı 35 nəfər ölüb, 40-a yaxın adam yaralanıb. Ölənlər arasında qadın və uşaqlar da var. Yerli şəhər dairəsinin başçısı Ahmed Afraksən sözlərinə görə, pratlayışın səbəbi yük maşınında yerləşdirilmiş partlayıcı olub.
Qeyd edək ki, partlayışa görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
Qeyd edək ki, partlayışa görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
VOİCEPRESS.AZ