Snouden ABŞ-a təhvil veriləcək?

11 Fevral, 09:06

Rusiya Edvard Snouden ABŞ hökumətinə təhvil verəcəyi təqdirdə sübut edəcək ki, onun (Snoudenin – Report) Rusiyanın xüsusi xidmət orqanları ilə heç vaxt əlaqəsi olmayıb.

VOİCEPRESS bildirir ki, bunu öz “Twitter” səhifəsində ABŞ Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı özü yazıb.
Snouden NBC telekanalının onun Donald Tramp üçün “hədiyyə” olacağına dair məlumatını onların Rusiya kəşfiyyatı ilə əlaqələrinin olmamasına dair “danılmaz sübut” adlandırıb.
“Heç bir ölkə ona işləyən casusları geri təhvil vermir, çünki bu belə olarsa hamı növbəti qurban olacağından çəkinər”, – deyə Snouden bildirib.
NBC telekanalı ABŞ-ın yüksək çinli məmuruna istinadən məlumat yaymışdı ki, Rusiya Snoudeni ABŞ-a təhvil vermək imkanlarını nəzərdən keçirir və bu Birləşmiş Ştatlar prezidenti Donald Tramp üçün “hədiyyə” ola bilər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here