Şimali Koreya lideri Kim Çen Inın ögey qardaşı Malaziyanın paytaxtı Kuala-Lumpurda öldürülüb.
VOİCEPRESS xarici KİV-ə istinadən xəbər verir ki, ilkin ehtimala görə, Kim Çen Nam Şimali Koreya xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən Kuala-Lumpur aeroportunda zəhərlənərək öldürülüb.
46 yaşlı Kim Çen Nam ailənin böyük uşğal olsa da, intizamsızlığına görə atası tərəfindən varislikdən çıxarılmışdı. Uzun illər Çində yaşayan Nam öz ögey qardaşı Kim Çen Ina qarşı müxalif mövqeyi ilə seçilirdi.
VOİCEPRESS.AZ