Şəhriyar birincidir

26 Fevral, 11:40

Birləşmiş Ərəb Əmirliklərinin Şərca şəhərində şahmat üzrə FİDE “Qran-Pri”si davam edir. VOİCEPRESS goal.az-a istinadən xəbər verir ki, ötən gün baş tutan VII turda yarışdakı yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov rusiyalı Yan Nepomnyaşşi ilə qarşılaşıb. Qrossmeysterimizin ağ fiqurlarla oynadığı partiyada rəqiblər 14-cü gedişdə heç-heçəyə razılaşıblar. Bu nəticə ilə aktivindəki xalları 4.5-ə yüksəldən Məmmədyarov liderliyini qoruyub.

Hesabat turunda qədər Şəhriyarla birlikdə ortaq lider olan Maksim Vaşe-Laqrev də Yakovenko ilə heç-heçə etdiyindən ilk pillədə dəyişiklik olmayıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here