Şəhid Çingiz Qurbanovla vida mərasimi keçiriləcək

0
313582

Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlu ilə vida mərasimi keçiriləcək. Bu barədə VOİCEPRESS-ə Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, şəhidlə vida mərasimi bu gün saat 09:30-da Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçiriləcək.

Qeyd edək ki, Ç. Qurbanovun nəşi fevralın 5-də geri qaytarılıb.

Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçumuzun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.

Şəhid Ç.Qurbanovun cənazəsi qarşı tərəfdən qəbul edildikdən sonra hərbi ehtiram qaydalarına uyğun olaraq fəxri qarovulun müşayiəti ilə Bakı şəhərinə gətirilib.

VOİCEPRESS.AZ[b][/b]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here