Şaxtalı hava ilə əlaqədar orta məktəblər bağlanacaqmı? – YENİLƏNİB
Qarlı və şaxtalı hava şəraitinin müşahidə olunması ilə əlaqədar orta məktəblədə şagirdlərin davamiyyəti kifayət qədər aşağı düşüb.
VOİCEPRESS xəbər verir ki, bu barədə Trend-ə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, hazırda rayonların müvafiq qurumlarından orta məktəblərdə tədris prosesinin təşkili lə əlaqədar məlumatlar toplanılır: “Hava şəraitinin daha kəskin dəyişdiyi rayonlarda şagirdlərin dərsə davamiyyəti daha çox düşüb. Bunlar daha çox dağlıq rayonlardır”.
———–
10:47
Ölkə ərazisində müşahidə edilən kəskin soyuq hava şəraiti orta məktəblərdə dərsə davamiyyətə təsir edib.
VOİCEPRESS xəbər verir ki, bu barədə lent.az-a Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, qış tətilindən sonra ilk dərs günü olsa da, hazırda şaxtalı-qarlı hava ilə əlaqədar dərsə davamiyyət aşağı düşüb.
C. Valehov şaxtalı hava ilə əlaqədar orta məktəblərin bağlanmasının nəzərdə tutulmadığını bildirib.
VOİCEPRESS.AZ