“Şahin Mirzəyev qurumun bir növ ruporuna çevrilmişdi”

14 Fevral, 13:41

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin iclasında Ermənistandan sığınacaq alan Şahin Mirzəyevin məsələsinə münasibət bildirib.

VOİCEPRESS
məlumatına görə, deputat bunu vətənə xəyanət kimi qiymətləndirib:

“Şahin Mirzəyev bir zaman Azərbaycanda prezident seçkiləri keçirilən ərəfədə dərnək səviyyəsində olan bir qurumun – Milli Şuranın üzvü idi. O, həmin qurumun bir növ ruporuna çevrilmişdi. İndi baxın. Belə xəyanətkarları öz sıralarına cəlb edən qurumun rəhbərləri ölkəyə rəhbərlik etmək iddiasında idilər. Bu da onların bir daha xəyanətkar olmasının sübutudur”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here