Şabranda torpaq sürüşməsi: 2 ev tamamilə dağıldı

27 Fevral, 19:25

Şabranın ucqar dağ kəndində torpaq sürüşməsi baş verib.

VOİCEPRESS xəbər verir ki, Şabran rayon icra hakimiyyəti başçısının müavini, rayon FHK sədri Mehdi Balabəyov istipress-in şimal bürosuna məlumat verib ki, Qazbabalı kəndində 5 ev var, 2 ev tamamilə dağılıb, 1 evdə fiziki aşılanma baş verərək iri çatlar əmələ gəlib, 3 ev yaşayış üçün təhlükəli vəziyyətə düşüb.

Əmirxanlı inzibati ərazi vahidliyinə daxil olan Qazbabalı kəndində 20 hektar ərazi sürüşüb, ərazidə iri çatlar, yarğanlar əmələ gəlib. FHN-nin Xaçmaz regional mərkəzinin əməkdaşları və rayon FHK-nin üzvləri hadisə yerində olub, nazirlik məlumatlandırılıb. Evlərini itirən sakinlərə hələlik qonşuların və yaxınlarının evində gecələmək tövsiyə olunub. Onlara hansı kömək göstəriləcəyi FHN-nin verəcəyi qərardan asılı olacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here