Sensasiyalı kəşf: yeni Günəş sistemi tapıldı

0
313779

Kanadadakı Hersberq Astrofizika İnstitutunun əməkdaşlarından ibarət qrup kosmosda yeni Günəş sistemi aşkarlayıb. Öncə kanadalı alimlər tədqiqat əsnasında Peqas ulduz topasında, Yerdən 129 işıq ili məsafəsində ulduz yığınını tapmışdılar.

VOİCEPRESS Science-ə istinadən bildirir ki, bu planet nisbətən gənc ulduz sayılır: onun yaşı təqribən 50 milyon ildir. Müqayisə üçün deyək ki, Günəşin 4,5 milyard il yaşı var.

“HR 8799” adı verilən bu ulduzun ətrafında çoxsaylı planetlər dövr edir ki, onların arasında 4-ü nisbətən böyükdür. Həmin 4 planet HR 8799 ətrafında öz orbitlərində dövrə vurur.

Sözügedən planetlərin fiziki ölçüləri Yupiter və ya Saturndan da böyukdür.

Kanadalı alimlər bütün cəhdlərinə rəğmən, hələlik planetlərin tam orbital tsikllərini müəyyənləşdirə bilməyiblər. İş ondadır ki, HR 8799-a ən yaxın planetdə 1 il Yerdəki 40 ilə bərabərdir. Ulduzdan ən uzaq orbitdəki planetin orbitini hesablamaq üçünsə 400 il gərəkdir.

Havay arxipelaqındakı Mauna-Kea vulkanının zirvəsindəki Kek rəsədxanası vasitəsilə əldə olunmuş görüntüləri Berklidəki Kaliforniya Universitetinin aspirantı Ceyson Van kompilyasiya edib. O, 7 görüntüdən ibarət videonu hazırlayarkən planetlərini hərəkətlərini stop-kadrlar arasında interpolyasiyaya məruz qouyub. Sonucda astronomların bəzən əsrlərlə gözlədikləri ecazkar mənzərə alınıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here