Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Rusiyanın Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovskinin Azərbaycanla bağlı dediyi sözlərə münasibət bildirib.
VOİCEPRESS-in xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Səməd Seyidov bildirib ki, əslində bu sözlərə fikir verməyə bilərdik:
“Bu fikirlərin Xocalı soyqırımın 25 illiyi ərəfəsində deyilməsi qəbul edilməzdir. Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir. Ermənistan qondarma bir dövlətdir. Ermənistan Azərbaycan torpaqlarında yaradılıb. Ermənistanın 95 faiz əhalisi azərbaycanlı olub. Əgər Yerevanın rəhbərliyi istəyərsə, qoy Azərbaycanın ayrılmaz tərkib hissəsi olsun”.
Komitə sədri bildirib ki, Prezident İlham Əliyev Brüsselə səfər etdi, bəzi görüşlər keçirdi. O qeyd edib ki, bu uğurlar bəzi dairələri narahat etməyə başladı:
“Bəzi şəxslər Avropa Parlamentidə təxribata əl atıblar. Orada bir neçə deputat Azərbaycanla bağlı müzakirələr təşkil etməyə çalışdılar. Amma onların məqsədi həyata keçmədi. Bu, iki şəxsin etdiyi Avropa Parlamentinin tarixində utanc kimi yadda qaldı”.
VOİCEPRESS.AZ