Səhnələri kəsilən film gələn həftə nümayişə çıxır-VİDEO

0
313597

Federasiya qeyd edib ki, filmdə güləş əxlaq normalarından uzaq idman növü kimi göstərilib, güləş və güləşçilər haqqında mənfi rəy formalaşdırılıb, onların haqqları zədələnib

Azərbaycanla bağlı qalmaqallı səhnəsi ilə gündəmə gələn, sonradan mübahisəyə səbəb olan səhnəni filmdən çıxaran Şahan Gökbahar yeni filmini – “Recep İvedik 5” təqdim etməyə hazırlaşır. VOİCEPRESS-in məlumatına görə, “Recep İvedik 5″in gələn həftə nümayişinə başlanılacaq. Təqdimat fevralın 17-də olacaq.
Filmin qalası İstanbul “Güngörenspor” klubunun futbolçuları ilə ediləcək. Gökbakar oyunçuları təqdimata şəxsən dəvət edib. Klubun rəhbəri dəvət xəbərini təsdiqləyib. “Gökbakar klubumuzu “Recep İvedik 5″in qalasına dəvət edib. Açılışı bizimlə edəcəyini öyrəndik. Dəvətinə görə ona təşəkkür edirik”.

Qeyd edək ki, Gökbakarın izlənmə rekordları qıran filmlərinin baş qəhrəmanı Recep İvedik İstanbulun Güngören səmtində yaşayır.

Qeyd edək ki, filmin treylerində “Recep İvedik” azərbaycanlı idmançını bir zərbə ilə nokauta salır. Bu səhnə birmənalı qarşılanmayıb. Kəskin tənqidlərlə üzləşən Şahan Gökbahar videomüraciət yayaraq sosial şəbəkədə filmdən azərbaycanlı idmançı ilə boks səhnəsinin çıxarıldığını və yayımlanmayacağını bildirib. O Azərbaycanı qardaş ölkə kimi gördüyünü və ona qarşı yanlışlıq etməyəcəyini qeyd edib. Ciddi narazılıqlardan sonra bu səhnələr filmdən çıxarılıb.

Daha sonra Türkiyə Güləş Federasiyası narazı qalıb və qınama yazısı yayıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here