Səfir: “Azərbaycan tərəfindən atılan hər bir addım…”

0
314324

Digər ölkələrin vətəndaşları tərəfindən viza alınmasını sadələşdirmək məqsədilə Azərbaycan tərəfindən atılan hər bir addım turist mübadiləsinin yaxşılaşması istiqamətində böyük irəliləyişdir.

VOİCEPRESS bildirir ki, bunu trend-ə Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas deyib.

Səfirin sözlərinə görə, Azərbaycan hökumətinin xarici vətəndaşlar üçün viza rejiminin sadələşdirilməsi barədə qərarı Azərbaycan və Litva arasında da turist axınının artmasına gətirib çıxaracaq və iki ölkənin diplomatik missiyaları bunun üçün əllərindən gələni edirlər.

Diplomat qeyd edib ki, litvalı turistlər üçün Azərbaycana gəlmək, Bakının və regionların görməli yerləri ilə tanış olmaq, milli mətbəxin təamlarını dadmaq və Azərbaycan xalqının qonaqpərvərliyi ilə tanış olmaq maraqlı olacaq.

V.Lastauskas deyib ki, qış istirahət növünə üstünlük verən litvalı turistlərin diqqətini Şahdağ kompleksi cəlb edəcək. Regionda ən yaxşı dağ xizəyi kurortlarından biri olan Şahdağ Azərbaycan turist səfərlərinin vacib hədəflərindən biri olacaq.

Səfirin sözlərinə görə, son illərdə səyahət coğrafiyasını genişləndirərək Azərbaycana gələn litvalı turistlər buradakı istirahətdən məmnun qalıblar. Diplomat bildirib ki, zaman keçdikcə bu ölkəyə gəlmək istəyən litvalıların sayı daha da artacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here