Saytlarda antiradarlar satılır – Bu cihazları satanları nə gözləyir?
Biri 160, digəri isə 120 manata…
VOİCEPRESS xezerxeber.az-a istinadən bildirir ki, bəzi saytlarda vətəndaşlar tərəfindən antiradar və radar detektorlarının satışı barədə elan yerləşdirilib.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, hər iki cihaz qanunla qadağan olunub. İstifadə edən sürücüləri isə yüksək məbləğdə cərimə gözləyir.
Kamran əliyev deyir ki, antiradarlar radarların işinə mane olduğuna görə, radar detektorları isə sürücünün diqqətini yoldan yayındırdığı üçün qadağan edilib. Çünki, sürücü bütün diqqətini yol nişanlarına yox, yalnız həmin cihazdan gələn siqnallara yönəldir.
Saytda yerləşdirilən digər elan isə balıq tutmaq üçün istifadə edilən şok cihazı barədədir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, bu cür cihazlar vasitəsilə balıq ovlamaq qadağandır.
Həmin şəxləri vurduğu zərərin miqyasından asılı olaraq həbs cəzası da gözləyir.
Hüquqşünaslar bildirirlər ki, bu cihazların yuxarıda sadalanan təyinatlar üzrə istifadəsi qadağan edilsə də, satışına heç bir qadağa yoxdur.
VOİCEPRESS.AZ