Sabah qar yağacaq, yollar buz bağlayacaq

0
314612

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən VOİCEPRESS-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Şimal küləyi əsəcək. Abşeron yarımadasında gecə 0-2° şaxta, gündüz 1-4° isti, Bakıda isə gecə 0-2° şaxta, gündüz 2-4° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 80-90 % təşkil edəcək.

Rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman. Qərb küləyi əsəcək. Gecə 0-5° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here