Ukrayna Ədliyyə Nazirliyi Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin “Yeni Qüvvələrin hərəkatı” adlı partiyasını rəsmən qeydiyyatdan keçirib.
VOİCEPRESS qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Mixail Saakaşvili Feysbuk hesabında yazıb.
“Bu qərar ölkənin yeni siyasi inkişaf yoluna qədəm qoyması yolunda daha bir önəmli addımdır”, – Saakaşvili bildirib.
Qeyd edək ki, partiyanın Ukraynanın 19 şəhərində ofisi açılıb.
VOİCEPRESS.AZ