Rusiyanın BMT-dəki daimi nümayəndəsi qəflətən Nyu-Yorkda vəfat edib

20 Fevral, 21:47

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin qəflətən Nyu-Yorkda vəfat edib.

VOİCEPRESS-in məlumatına görə, bu barədə Rusiya XİN-i məlumat yayıb.

Vitaliy Çurkin 65 yaşının tamam olmasına bir gün qalmış dünyasını dəyişib. Rusiya XİN-i diplomatın doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, Çurkin 1974-cü ildən diplomatik işdə olub. 2006-cı ildən isə o, Rusiyanın BMT-dəki daimi nümayəndəsi vəzifəsində çalışıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here