Rusiya İctimai palatsında “Azərbaycan Diasporunun Rusiya ictimaiətindəki rolu” adlı dəyirmi masa keçirildi

21 Fevral, 21:17

Fevralın 21-də Azərbaycan-rus Mədəniyyət və Həmrəylik Mərkəzi və Rusiya İctimai palatası birgə “Azərbaycan Diasporunun Rusiya ictimaiyyətindəki rolu” adlı dəyirmi masa keçirdi.

Qeyd edək ki, tədbir Azərbyacan-Rusiya Humanitar əlaqələrinin 25 illiyinə həsr olunmuş sayca ikinci tədbirdir. Tədbirdə Rusiya ictimaiətindən və Azərbaycan diasporundan bir sıra görkəmli şəxslər iştirak edirdi. Tədbiri giriş sözü ilə açan Azərbaycan-Rus Mədəniyyət və Həmrəylik mərkəzinin icraçı direktoru Mehman Şükürov qonaqları salamlayaraq, mərkəzin 8 illik tarixi və bu illər ərzində gördüyü işlər barədə qonaqlara məlumat verdi. Dəyirmi masanın maderatoru Rusiya İctimai palatasında İctimai diplomatiyanın inkişafı komissiyasının sədri və Beynəlxalq “Rusiya sülh fondunun” (Российский фонд мира) vitse-prezidenti Yelena Sutormina öz çıxışında Azərbyacan-Rus Mədəniyyət mərkəzinin xaqların dostluğu və mədniyyətlərarası dialoqun inkişafı yönündə işləyən ən fəal təşkilatlardan biri olduğunu qeyd etdi.
O, öz çıxışının davamında İctimai palata ilə birlikdə Azərbaycan diasporunun da üzərinə hər iki ölkənin gəncləri arasında dostluq münasibətlərinin qurulmasında çox böyük vəzifənin düşdüyünü vurğuladı. Daha sonra çıxış üçün söz alan Rusiya Prezidenti yanında millətlərarası əlaqələr Şurasının nəzdində milli siyasətə informasiya dəstəyi Komissiyasının katibi Andrey Xudoleyev Azərbaycan-Rus Mədəniyyət və Həmrəylik mərkəzinin iki xalqın (Azərbaycan-Rusiya) nümayəndələrini özündə birləşdirən nadir təşkilatlardan olduğunu bildirdi. Rusiya xaqları arasındakı əlaqələrin inkişafı üçün mərkəz kimi birləşdirici layihələrə ehtiyacın olduğunun altından xətt çəkdi. “Rusiya bu gün” (Россия сегодня) informasiya agentliyinin nəzdindəki “Rusiya hamı üçün” (Россия для всех) informasiya portalının baş redaktoru Amirov Radik isə çıxışında qeyd elədi ki, hal-hazırda azərbaycanlılar haqqında Rusiya mətbuatında müsbət rəy formalaşmışdır.
Təbii ki, bunda da diaspor fəaliyyətinin rolu böyükdür. Öz növbəsində çıxış edən Rusiyanın məşhur şairi Andrey Dmitriyeviç Dementyev Azərbyacanın hər zaman mədəniyyətlərarası dialoq mövzusunda nümunəvi bir dövlət olduğunu qeyd elədi. Hələ Heydər Əliyevin Azərbaycanın birinci katibi olduğu dövrdə Azərbaycanda Rusiya günləri, Rusiyada isə Azərbaycan günləri adlı böyük tədbirlər keçirilirdi və hal-hazırda da bu iki xalqın dostluğunun daha da möhkəmlənməsi üçün belə layihələrə ehtiyac olduğunu vurğuladı. Dəyirmi masada bir sıra maraqlı çıxışlar oldu. Belə maraqlı çıxışlardan birinidə Ümumrusiya azərbyacanlıları konqresinin Prezidentinin məsləhətçisi Manaf Ağayev etdi. O öz çıxışında çox şaxəli, günü-gündən daha da inkişaf edən Azərbaycan-Rusiya əlaqələrindən bəhs edərək, qonaqlara Rusiyadakı Azərbaycan diasporundan və diasporumuzun bu günə qədər iki ölkə arasındakı dostluq münasibətlərinə verdiyi töhvələrdən danışdı.
Tədbirin sonunda Mərkəzin dəvətini qəbul edib gəldikləri üçün bütün ekspertlərə təşəkkürünü bildirən Azərbaycan-Rus Mədəniyyət və Həmrəylik məərkəzinin ictimai əlaqələr üzrə koordinatoru Ramil İsmayılov Azərbaycan diasporunu təmsil edən bütün diaspor təşkilatlarının üzərinə çox böyük məsuliyyət düşdüyünü və Azərbaycanın müsbət imicinin Rusiya ictimaiətində və Rusiyanın müsbət imicinin Azərbycan ictimaiətində formalaşması yönündə birgəə tədbirlərin bundan sonra da davam edəcəyini vurğuladı və bununla da, Azərbaycan-Rusiya Humanitar əlaqələrinnin 25 illiyinə həsr olunmuş sayca ikinci olan “Azərbaycan Diasporunun Rusiya ictimaiətindəki rolu” adlı dayirmi masa başa çatdı.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here