Ronaldinyo: “Messi ilə müqayisə ediləsi kimsə yoxdur”

0
313695

“Barselona” və Braziliya millisinin eks-futbolçusu Ronaldinyo katalon klubunun hücumçuları – Messi və Neymar haqqında danışıb.



VOİCEPRESS goal.az-a istinadən xəbər verir ki, “sambaçı” bunları deyib:

“Neymar ulduz futbolçudur, işinin öhdəsindən əla gəlir. Daha bir braziliyalının tarix yazmağını müşahidə etmək gözəl hissdir. Romario, Rivaldo və Ronaldo mənim üçün dünya futboluna qapı açmışdılar. Mən də eyni şeyi Neymar üçün etdim. “Barselona” tarixinə düşən braziliyalı futbolçuları xatırlamaq çox xoşdur. Vaxtında Neymar da öz istədiyinə çatacaq.

Messi dünyada ən yaxşı futbolçudur, onunla müqayisə ediləsi kimsə yoxdur. Leo meydana çıxdığı ilk gündən indiyə kimi heç dəyişməyib. Özünü oyuna həsr edir. “Barselona”nın əsas komandasında qol hesabını açanda futbol tarixində yeni səhifə yazılmağa başladı. Həmin qolun ötürməsini mən vermişdim. Deməli, peşəkar futbolda ilk addımlarını atmasında mən də iştirak etmişəm”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here