İspaniya çempionatının XVI turunun “Real” – “Valensiya” oyununun tarixi müəyyənləşib.
VOİCEPRESS-in qol.az-a istinadən xəbərinə görə, Madrid klubu klublararası dünya çempionatında iştirak etdiyi üçün təxirə salınan matç fevralın 22-də keçiriləcək.
“Real”ın La Liqanın XXI turunda “Selta” ilə təxirə salınan oyununun vaxtı isə hələlik müəyyənləşməyib.
Qeyd edək ki, “Real” ehtiyatda iki oyununun olmasına baxmayaraq, liderdir.
VOİCEPRESS.AZ