“Real”ın canlı əfsanələrindən olan Raul Qonzalez Blanko canlı yayımda Madrid klubunun tarixi ərzində ən yaxşı 5 futbolçunun adını açıqlayıb.
VOİCEPRESS goal.az-a istinadən xəbər verir ki, veteran hücumçu seçiminin çətin olduğunu qeyd edib. Onun 5 nəfərlik komandasında Alfredo Di Stefano, Fransisko Hento, Kriştianu Ronaldo, Zinəddin Zidan və Serxio Ramos yer alıb.
Raul 1994-2010-cu illərdə “Real”ın şərəfini qouyub. 550 oyun keçirən futbolçu 228 qol vurub.
VOİCEPRESS.AZ