İraqın paytaxtı Bağdadda baş vermiş partlayış nəticəsində 4 nəfər həlak olub.
VOİCEPRESS xəbər verir ki, hadisə avtomobilə yerləşdirilmiş partlayıcının işə düşməsi ilə törədilib.
Partlayış nəticəsində daha 14 nəfərin xəsarət aldığı da bildirilir.
Partlayışla əlaqədar hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.
VOİCEPRESS.AZ