İranla Azərbaycan milli valyuta ilə ticarət edə bilər

10 Fevral, 21:45

Gələn həftə İran və Azərbaycan hər iki ölkənin kommersiya bankları arasında hesablaşma hesablarının açılması barədə daha əvvəl əldə olunmuş razılaşmanı müzakirə edəcək.

VOİCEPRESS bildirir ki, bu sözləri trend-ə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.

Səfirin sözlərinə görə, bununla əlaqədar İran Mərkəzi bankının rəhbəri Vəliulla Seyf fevralın 12-i Bakıya səfər edəcək.

Bundan başqa, V.Seyf səfəri zamanı qarşılıqlı ticarətdə milli valyutalardan istifadə olunması imkanlarını da müzakirə edə bilər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here