Belçikada dərs deyən müəllim casusluqda ittiham edilir
İranda Belçika universitetinin iranlı müəllimi haqqında edan qərarı verilib. Hökm iki həftəyə icra edilməlidir. VOİCEPRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, söhbət iranlı Əhmədrza Cəlalidən gedir. İddiaya görə, o casus fəaliyyəti ilə məşğul olub.
İranın edam qərarı dünya ictimaiyyəti tərəfindən qalmaqalla qarşılanıb. Universitetin rektoru Karolina Pauels deyib ki, proses ictimaiyyətə açıq olmayıb. Onun sözlərinə görə, bu hümanitar hüququn pozulmasıdır.
Həmkarları müəllimin siyasətlə ümumiyyətlə maraqlanmadığını deyirlər. Onların fikrincə, Cəlalinin israilli mütəxəssislərlə əlaqəsi edamına yola açan səbəblərdən ola bilər.
İndi internetdə onun barəsində hökmün dəyişməsi üçün petisiya başladılıb.
Müəllimin ötən ilin yazında ələ keçdiyi qeyd edilir. O, yaxınlarının yanına qonaq gələn zaman saxlanılıb.
VOİCEPRESS.AZ