İran “Dağlıq Qarabağ”ı müstəqil respublika olaraq tanımır, buna görə də həmin ərazidə keçirilən referendumu doğru saymır

18 Fevral, 12:26

İran İslam Respublikasının Azərbaycan Respublikasının ərazi bütövlüyü və eləcə də Dağlıq Qarabağ münaqişəsi barədə prinsipial mövqeyi olduqca aydın və şəffafdır.

VOİCEPRESS xəbər verir ki, bunu İranın Azərbaycandakı səfirliyinin mətbuat şöbəsinin rəhbəri Məhəmmədrza Nəcəfi Trend-ə bildirib.

M.Nəcəfi deyib: “İran Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq qanunlar çərçicəsində həll edilməsinin tərəfdarıdır.

Biz “Dağlıq Qarabağ”ı müstəqil bir respublika olaraq tanımır, buna görə də həmin ərazidə keçirilən referendumu, həmçinin sülh və təhlükəsizliyi təhdid edə biləcək hər hansı bir addımı doğru saymırıq.

Biz bu münaqişənin tezliklə sona çatması və regionda sülh və təhlükəsizliyin hakim olmasına ümid edirik”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here