Daxili işlər nazirinin əmri ilə Təhqiqat İdarəsinin rəisi, İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, polkovnik Emil Usubov İstintaq və Təhqiqat İdarəsinin rəisi təyin olunub.
VOİCEPRESS salamnews-a istinadən xəbər verir ki, bir neçə gün öncə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Qeyd edək ki, Emil Usubov daxili işlər naziri Ramil Usubovun böyük oğludur.
VOİCEPRESS.AZ