Qondarma Dağlıq Qarabağ rejimi “referendum”un nəticələrini açıqladı

21 Fevral, 22:03

Məlumata görə qondarma Dağlıq Qarabağ rejiminin keçirdiyi “referendum”da 69 min seçici iştirak edib.

VOİCEPRESS AzadlıqRadiosu-na istinadən xəbər verir ki, seçicilərin 87,6 faizi “konstitusiya” düzəlişlərinin lehinə səs verib.

“Referendum”da qondarma Dağlıq Qarabağ rejimində “prezident idarəçiliyi”nin saxlanması və daha da gücləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, beynəlxalq aləm Dağlıq Qarabağ adında respublika və indiyədək orda keçirilən heç bir seçkini tanımayıb.

Ermənistanın ən yaxın müttəfiqi sayılan Rusiya, həmçinin qonşu dövlətlər olan Türkiyə və İran, o cümlədən Avropa Birliyi referendumun nəticələrini tanımayacaqlarını bəyan ediblər.

Avropa Birliyinin mətbuat bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrləri məsələ ilə bağlı artıq bəyana verib: “Bu referendum Dağlıq Qarabağın gələcək statusunu müəyyənləşdirə və danışıqlar prosesinə təsir edə bilməz. Avropa Birliyi ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstələyir və davamlı sülh naminə tezliklə danışıqların bərpasına çağırır”.

Qeyd edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyi dəfələrlə bəyanat yayaraq bu addımı kəskin pisləyib, bunu təxribatçılıq adlandırıb.

Bəyanatda qeyd edilir ki, fevralın 20-də Ermənistanın nəzarətində olan Azərbaycan ərazilərində “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum” keçirilməsinin planlaşdırması qəbul edilməyəcək: “Bu təxribatçı addımdır. Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ regionunun adının dəyişdirilməsinə yönəlmiş cəhdlər Ermənistanın silahlı münaqişənin siyasi həllində həqiqətən maraqlı olmadığını bir daha aydın şəkildə göstərir”- bəyanatda vurğulanır.

Sənəddə bu addım Ermənistanın nəzarətində olan ərazilərin, demoqrafik, mədəni və fiziki xarakterinin dəyişdirməsi kimi dəyərləndirilir.

XİN hesab edir ki, bu, Ermənistanın regional və beynəlxalq sülhə, təhlükəsizliyə xələl gətirdiyi, onu təhlükə altına qoyduğu anlamına gəlir.
XİN bəyan edir ki, nəzərdə tutulan “referendum” Azərbaycan Konstitusiyası, beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır. Bu səbəbdən də hər hansı bir hüquqi qüvvəsi ola bilməz.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

İstər Azərbaycan, istərsə də dünyanın heç bir ölkəsi Dağlıq Qarabağda elan edilən separatçı rejimi tanımır. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here