Qənirə Paşayeva: “Şəhidlər Xiyabanında Xocalı abidəsi qoyulsun”

24 Fevral, 15:08

[justify]Millət vəkili Qənirə Paşayeva Milli Məclisin gugünkü iclasında Xocalı soyqırımı ilə bağlı çıxış edib.

VOİCEPRESS

xəbər verir ki, o, Xocalı soyqırımının dünyaya daha geniş şəkildə çatdırılması işini sürətləndirmək üçün bir sıra təkliflərlə də çıxış edib. Deputat Şəhidlər Xiyabanında Xocalı ilə bağlı abidənin qoyulması təklif edib.
“Azərbaycana gələnlər Şəhidlər Xiyabanını ziyarət edirlər. Lakin yaxşı olar ki, orada Xocalı ilə bağlı abidə də yerləşdirilsin. Bundan başqa, Bakıda soyqırım muzeyi ilə bərabər Şəhidlər Xiyabanında bir informasiya mərkəzi yaradılması da vacibdir. Bununla ölkəmizə həm rəsmi, həm qeyri-rəsmi, həm də turist kimi gələnlər Şəhidlər Xiyabanını ziyarət etdikləri zamanı xarici dilləri bilən və dolğun məlumat verən bələdçilər həmin informasiya mərkəzindən onlara dəstək göstərilsin.
Bakıda Soyqırım muzeyinin yaradılmasına da böyük ehtiyac var.
Eyni zamanda, ən vacib məsələ Xocalı soyrımını dünyaya daha təsirli dildə çatdırmaq üçün beynəlxalq səviyyəli bədii filmin çəkilməsinə böyük ehtiyac var. Yəhudi soyqırımı ilə bağlı “Pianoçu” filminin yəhudi soyqırımı gerçəklərinin dünyaya yayılmasında böyük təsirini xatırlayaq. Bizim də belə bir bədii filmə ehtiyacımız var və bu məsələni qısa zamanda reallaşdırmaq lazımdır”.

Deputat Musa Qasımlı da Şəhidlər Xiyabanında soyqırımı abidəsinin ucaldılmasını təklif edib.

M.Qasımlı bildirib: “Bu abidə təkcə Xocalı hadisələrini deyil, digər soyqırımıları da özündə əks etdirməlidir.

Deputat Rafael Cəbrayılov da həmkarına dəstək olub. O deyib ki, Azərbaycanda soyqırımı özündə əks etdirən möhtəşəm memorial kompleks yoxdur.

“Şəhidlər Xiyabanı ziyarət edilir. Bu çox gözəl addımdır. Amma onu da qeyd etmək lazımdır ki, Xocalı soyqırımı sanki bir qədər arxa planda qalır. Buna görə də, Şəhidlər Xiyabanında soyqırımı memorial kompleks salınmalıdır”.

VOİCEPRESS.AZ[/justify]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here