Millət vəkili Q.Paşayeva bu gün MM-də Xocalı soyqırımı ilə bağlı qərarın müzakirəsi zamanı çıxış edərək Xocalı soyqırımı həqiqətlərinin yayılmasında dövlət başçısı İlham Əliyevin, 1-ci Vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında aparılan Xocalıya ədalət kompaniyası və Milli Məclisin bu istiqamətdə apardığı vacib işlərdən danışaraq müzakirə olunan qərar layihəsini dəstəkləməklə yanaşı bir sıra təkliflərlə də çıxış edib: “Hər bir türk dövlətinə Xocalıların məhz türk olduqları üçün soyqırıma məruz qalmaları ilə bağlı müraciət etməli, ermənilərin bu barədə etiraflarını, yazılarını da müraciətə əlavə edib, onları bu soyqırımı tanımağa çağırmalıyıq. Hər bir müsəlman ölkəsinə Xocalıların Türk-Müsəlman olduqları üçün soyqırıma məruz qaldığı barədə müraciət etməli və bu soyqırımı xaçın xatirinə törətdiklərini yazan ermənilərin yazdıqlarını da müraciətə əlavə edərək onları bu soyqırımı tanımağa çağırmalıyıq . Hər bir xristian ölkəsinə müraciət edərək ermənilərin bu dəhşətli soyqırımı törətdikləri zaman xristian dininin adından istifadə edərək bunu xaçın xatirinə etdikləri açıqlamalarını da müraciətə əlavə edərək bildirməliyik ki, ermənilər bu addımı ilə xristian dininə də böyük zərər vurublar və onları bu soyqırımı tanımağa çağırmalıyıq”.
VOİCEPRESS xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Xocalı soyqırımının dünyaya daha geniş şəkildə çatdırılması işini sürətləndirmək üçün bir sıra vacib təkliflərlə də çıxış edib. Millət vəkili çıxışı zamanı Şəhidlər Xiyabanında Xocalı ilə bağlı abidənin qoyulması təklifini irəli sürüb: “Azərbaycana gələnlər Şəhidlər Xiyabanını ziyarət edirlər. Lakin yaxşı olar ki, orada Xocalı ilə bağlı abidə də yerləşdirilsin. Bundan başqa Bakıda soyqırım muzeyi ilə bərabər Şəhidlər Xiyabanında bir informasiya mərkəzi yaradılması da vacibdir. Bununla ölkəmizə həm rəsmi, həm qeyri-rəsmi, həm də turist kimi gələnlər Şəhidlər Xiyabanını ziyarət etdikləri zamanı xarici dilləri bilən və dolğun məlumat verən bələdçilər həmin informasiya mərkəzindən onlara dəstək göstərərək həm xarici dillərdə materialları təqdim etsinlər, həm də onlara bələdçilik edərək Şəhidlər Xiyabanı, Xocalı Soyqırımı barədə geniş məlumatlar versinlər. Bakıda Soyqırım muzeyinin yaradılmasına da böyük ehtiyac var. Eyni zamanda ən vacib məsələ Xocalı Soyrımını dünyaya daha təsirli dildə çatdırmaq üçün beynəlxalq səviyyəli bədii filmin çəkilməsinə böyük ehtiyac var. Yəhudi soyqırımı ilə bağlı “Pianoçu” filminin yəhudi soyqırımı gerçəklərinin dünyaya yayılmasında böyük təsirini xatırlayaq. Bizim də belə bir bədii filmə ehtiyacımız var və bu məsələni qısa zamanda reallaşdırmaq lazımdır. Eyni zamanda xarici ölkələrdə nə qədər gənclərimiz təhsil alır, diaspor təşkilatlarımız var. Onların bu istiqamətdə lazımi materiallarla təmin edilməsində Diaspor Komitəsinin işləri daha da artırması lazımdır. Çünki onlar Xocalı soyqırımı həqiqətlərinin yayılmasında böyük gücdürlər. Bundan başqa buradan bütün gənclərimizə, dünyanın hər yerində yaşayan azərbaycanlılara, gənclərə və diaspor təşkilatlarına müraciət edərək onları sosial medianın gücündən Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin yayılmasında daha geniş istifadə etməyə çağırıram. Elə etməliyik ki, bu bu mövzu dünyada, sosial mediada ən çox diqqət mərkəzində olan mövzulardan biri olsun. Eyni zamanda qeyri-hökumət təşkilatlarımızın birlikdə beynəlxalq qeyri-hökumət təşkilatlarına, müxtəlif xarici ölkələrin QHT-lərinə müraciətləri də vacibdir və inanıram ki, bu məsələ də diqqətdə olacaq. Eyni zamanda qalıcı abidələrin artması üçün çox çalışmalıyıq. Mən Boludan gəlirəm. İlk dəfə Xarı bülbül çiçəyinə heykəl ucaldıldı və Xocalı Soyqırımı barədə geniş məlumatlar verən abidənin açılışı oldu. Bu cür layihələrin artması vacibdir. Eyni zamanda mən müzakirə olunan sənəddə bəzi həmkarlarımın da vurğuladığı kimi Qaradağlı, Bağanis Ayrım və Ağdaban soyqırımlarının, faciələrinin adının da vurğulanmasını təklf edirəm. Ermənilər ilk soyqırımı Qazax rayonu istiqamətində Bağanıs Ayrımda törətmişdilər və bu məsələnin də dünyaya daha geniş çatdırılması lazımdır. Və sonda bir sıra həmkarlarımın fikirlərini dəstəkləyərək demək istəyirəm ki, bu dəhşətli soyqırımı törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmaq üçün səyləri daha da artırmalıyıq.”

Aysel İsgəndərova
VOİCEPRESS.AZ