Qənirə Paşayeva VOİCEPRESS-ə açıqlamasında qeyd edib ki, İstanbulu şərəfləndirən dəyərli AYDIN-lardan biri, Azərbaycan və TÜRK dünyasının böyük Şəxsiyyəti, ”Türkləşmək, İslamlaşmaq, Çağdaşlaşmaq” fikri ilə hələ 100 il öncələri Türk Dünyasının birlik modelini irəli sürmüş Əli bəy Hüseynzadənin tarixi Karacahmet Məzarlığında qəbrini ziyarət edib ruhuna dualar oxuduq. 24 Fevral onun doğum günüdür.
Orada yaşayan insanlarımız mütləq böyük Aydını ziyarət edib ruhuna dualar oxumalıdır. Əli bəyin məzarını üstündə hər iki dövlətimizin bayrağı və burada yatan böyük aydınla bağlı məlumatların olması yaxşı olardı. Məzarüstü abidəsinin abadlaşdırılması ilə bağlı bəzi qurumlarla müzakirələr aparırıq. İnşallah müsbət olar.
Millət vəkili sonda onu da qeyd edib ki, ” Bütün Türk Gənclərini Əli Bəy Hüseynzadəni dərindən oxumağa çağırıram. Çünki harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Əli bəy Hüseynzadəni tanımalı,oxumalı və öyrənməlidir. Ondan öyrənəcək çox şey var. Fədakar bir ömür, Millət üçün yaşamanın ən gözəl örnəklərindən, İctimai Xadim. Turan soyismini ilk istifadə edən dəyərli Aydın. Nur içində yat. Türk milləti səni hər zaman sevgi və sayğı ilə anacaq. İstanbula yolunuz düşsə ziyarət edib ruhuna dualar oxumadan dönməyin. “
Aysel İsgəndərova
VOİCEPRESS.AZ