Qəbul imtahanlarında mühüm yenilik olacaq – DETALLAR
VOİCEPRESS xezerxeber.az-a istinadən bildirir ki, 1,2,3 və 4-cü ixtisas qrupları üzrə əvvəlki və cari ilin abituriyentlərinə 1 yox, 2 dəfə imtahan verməyə şərait yaradılacaq.
Hər iki imtahanda iştirak etmək könüllüdür. Abituriyentlər istəsələr hər ikisində, ya da yalnız birində iştirak edə bilərlər.
5-ci qrupa hazırlaşan abituriyentlər qabiliyyət imtahanı verdikləri üçün yeni qayda onlara şamil edilməyəcək. Onlar ənənəvi qaydada imtahanlarda iştirak edəcəklər.
Abituriyentlər müsahibəyə buraxılarkən məhz özlərinin seçdikləri bal əsas götürüləcək.
Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə deyir ki, bu yeniliyin böyük əhəmiyyəti var.
Hər iki qəbul imtahanlarının vaxtı, eləcə də tariflər haqqında dəqiq məlumatlar bir müddətdən sonra məlum olacaq və ictimaiyyətə elan ediləcək.
VOİCEPRESS.AZ