Qazaxıstanla Qırğızıstan arasında diplomatik qalmaqal

22 Fevral, 08:04

Qazaxıstanın Xarici İşlər Nazirliyi çərşənbə axşamı Qırğızıstan səfiri Kaynarbek Toktomuşevə prezident Almazbek Atambayevin çıxışı ilə bağlı nota verib.

VOİCEPRESS bildirir ki, bu barədə Qazaxıstan XİN-nin mətbuat xidməti məlumat yayıb.

KİV-in məlumatına əsasən, ötən həftə Atambayev “Euronews” telekanalına müsahibəsində Qazaxıstanla bağlı tənqidi açıqlamalar verib.

Qazaxıstan tərəfi Atambayevin çıxışı ilə bağlı izahat gözlədiyini bildirib.

“Qazaxıstan xarici işlər nazirinin müavini Qalımjan Koyşıbayev qırğız diplomatı ilə görüş zamanı ona prezident Almazbek Atambayevin 17 fevral 2017-ci il tarixli çıxışı ilə bağlı nota verib”, – məlumatda deyilir.

Qeyd edək ki, A.Atambayev “Euronews” telekanalına müsahibəsində rəsmi Astananın 2010-cu ildə Qırğızıstanla sərhədi bağlamaq qərarının çoxsaylı insan tələfatına səbəb olduğunu deyib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here