Qazaxıstan və Ermənistan futbolçuları arasında KÜTLƏVİ DAVA

13 Fevral, 16:35

Türkiyənin Antalya bölgəsində Qazaxıstanın “Kaysar” və Ermənistanın “Banants” futbol komandaları arasındakı yoxlama matçında kütləvi toqquşma baş verib.

VOİCEPRESS report-a istinadən xəbər verir ki, hadisəyə erməni futbolçunun “Kaysar”ın kapitanı Maksat Baycanovu təxribata çəkməsi səbəb olub.
Münaqaşəyə onların komanda yoldaşları da qoşulublar. Davanın yekununda toqquşmanın səbəbkarları meydandan qovulublar.
Qeyd edək ki, görüş “Kaysar”ın qələbəsi ilə yekunlaşıb – 2:0.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here