Qaz kəmərində partlayış baş verib- VİDEO

0
313831

ABŞ-ın Luiziana ştatında “Phillips 66” qaz kəmərində partlayış baş verib. VOİCEPRESS “RT”a istinadən xəbər verir ki, insident Yeni Orlean şəhəri yaxınlığında qeydə alınıb.

İnsidentin qaz stansiyasında baş verdiyi bildirilir. Yanğın zamanı stansiyada 6 fəhlə olub. Hadisə nəticəsində iki nəfər xəsarət alıb, 1 isə itkin düşüb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Partlayış baş verən əraziyə yaxın evlərdən adamlar təxliyyə olunub

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here