Qaradağlı soyqırımının DƏHŞƏTİ – Erməni şahidin öz dilindən

17 Fevral, 09:22

Qaradağlı Xocavənd rayon mərkəzindən 13 km qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında strateji bir mövqedə yerləşirdi. 800 nəfərdən bir qədər çox əhalisi olan kəndə dəfələrlə ermənilər hücum edib bir neçə mülki əhalini qətlə yetirmişdilər. 1991-ci il noyabrın 19-da rayonun eyni adlı Xocavənd kəndinin işğal edilməsindən sonra Qaradağlı tamamilə mühasirə vəziyyətinə düşmüşdü. Bu hadisədən sonra kəndlə əlaqə yalnız helikopterlər vasitəsilə mümkün idi. Malıbəyli və Quşçuların işğal edilməsindən sonra növbəti hədəf Qaradağlı kəndi idi. Erməni hərbi qüvvələrinin manevrlərinə mane olan kəndin ələ keçirilməsi ermənilər üçün həyati məsələ idi. 1992-ci il yanvarın 11-i və 16-da Arabo və Aramo terror dəstələrinin Qaradağlıya hücum etmə planlarından xəbərdar olan Xocavənd özünümüdafiə dəstələrinin Xocavənd şəhərinə etdikləri gözlənilməz və effektli hücumla düşmən geri çəkilməyə məcbur olmuşdu. Ümumiyyətlə, kəndin ətrafındakı yüksəkliklərdən ara-sıra atılan atəşlər nəzərə alınmasa, ermənilər 1988-ci ilin fevralından 1992-ci ilin fevralınadək Qaradağlıya 305 dəfədən çox hücum etmişdi.

Monte Melikonyanın xatirələri əsasında Qaradağlıya son hücum haqqında maraqlı məlumatlar verən, Daşnaksutyun Partiyasının üzvü Hrayr Karapetyan bildirir ki, Qaradağlının Xocavənd və Xankəndi yolu üzərində yerləşməsi bu yoldan istifadəni, ümumiyyətlə qeyri-mümkün edirdi. Onun bildirdiyinə görə, yolun işlək vəziyyətdə olmaması səbəbi ilə Xankəndidən Xocavəndə uzanan yol təhlükəli idi:

Qaradağlı soyqırımının DƏHŞƏTİ - Erməni şahidin öz dilindən

“…Fevralın ortalarında dəstəmiz Əsgəranın Mehtişen (Xocalının Mehdibəyli kəndi) kəndinə çağırıldı. Orada digər komandanlar da var idi. Xocalı əməliyyatına hazırlaşan Monte demək olar ki, bütün gün Xankəndi qərargahında Komandos (Arkadi Ter-Tadevosyan) və digər komandirlər ilə birgə fəaliyyət planı hazırlanmasına bütün qüvvəsini sərf etdi. Bir gün gecə o gəlib dedi ki, Qaradağlı tezliklə götürülməlidir. Orada bir neçə dəstələr özbaşına kəndi ələ keçirmək üçün əməliyyatlara başlamışdı. Dərhal Qaradağlıya tərəf getdik, artıq gecə idi. Əməliyyatı hazırlayanlar Masis, Arabo və Aramo dəstələri idi. Onlar da bizə məlumat verdilər ki, kənd tamamilə işğal edilib və yalnız bir neçə ev qalıb…”

Məlumatlardan aydın olur ki, Qaradağlıya hücum əməliyyatı Xankəndi qərargahında Arkadi Ter-Tadevosyan və Monte Melikonyan tərəfindən hazırlansa da, onlardan öncə özbaşına Arabo, Aramo və Masis dəstələri kəndin işğal əməliyyatına başlamışdılar. Buradan da belə bir nəticəyə gəlmək olar ki, bu dəstələr birbaşa olaraq Xankəndi qərargahına tabe deyildilər.

Markar Melikonyan “Məmin Qardaşımın Yolu” adlı kitabında Monte Melikonyanın Qaradağlıya hücum etməsini belə edir: “Monte öz dəstəsi ilə erməni kəndi olan Naqxortidən çıxaraq qarla örtülmüş dağ yamacından Qaradağlı tərəfə düşərkən, kəndin erməni əhalisi onların qarşılarına çıxıb Qaradağlıya hücum etməmələrini tələb etdilər, onların arasında mübahisə yarandı, sakinlər Qaradağlıya hücumun Naqxortiyə müharibə qətirəcəyini deyirdilər. Monte isə onlara cavab olaraq, artıq çox gec olduğunu və müharibənin artıq getdiyini dedi”.
Hrayr Karapetyan bildirir: “Məlumat aldıqdan sonra biz Xocavənddəki qərargahımıza getdik, lakin Monte “Rembo” Armen ilə kəşfiyyat məqsədilə ərazidə qaldı. Əraziyə güclə çatdıq və bu zaman Monte bizimlə əlaqə saxlayaraq məlumat verdi ki, azərbaycanlılar öz əvvəlki mövqelərinə qayıdıb və həqiqətən də kənd türklərin nəzarətində idi…”

Məlumatlara görə, yalnız 5-6 evi tuta bilməyən ermənilər gözlənilmədən ələ keçirdikləri bütün mövqeləri itirmişdilər. Heç bir istiqamətdən kömək göstərilməyən kəndin döyüşçüləri Arabo və Aramo xüsusi təyinatlı dəstələrini geriyə çəkilməyə vadar etmişdi. Bu kəndin daxilində yetərincə xüsusi döyüş bacarığına malik olan döyüşçülərin, qurulmuş müdafiənin və əsasən də güclü komandanlığın olmasının göstəricisi idi.

Məhərrəm Zülfüqarlı “Dağlıq Qarabağda erməni terroru: Qaradağlı faciəsi. 17 fevral 1992-ci il” adlı kitabında bildirir ki, kəndin özünümüdafiə dəstəsini 1988-ci ilin mart ayında Rusiya ordusunda zabit kimi xidmət edən, baş leytenant Ədalət Məmmədov əhalinin çağırışlarına əsasən doğma kəndinə qayıdaraq formalaşdırıb. Belə ki, kəndin müdafiəsinin təşkilində kənd məktəbində hərbi hazırlıq müəllimi Ədalət Məmmədov, ehtiyatda olan zabit Telman Tağıyev, Məmməd Məmmədov, Məhəmmədəli Bayramov və digər şəxslər yaxından iştirak etmişdilər. Kənddə AXC özəyinin sədri Ağalar Məmmədovun könüllü müdafiə dəstəsinin yaradılmasında mühüm rolu olmuşdur. Onun təşkil etdiyi özünümüdafiə dəstəsinin Ədalət Məmmədovun sərəncamına keçməsi kənddə müdafiə batalyonunun yaradılmasına yaxından kömək etdi. Daha sonra Azərbaycan SSR Daxili İşlər Nazirliyinin 30 nəfər qaradağlı gəncini milis işçisi kimi işə qəbul edərək kəndin müdafiəsinə göndərməsi, Ağdamdan polis işçilərinin növbə ilə Qaradağlıya ezam edilməsi kəndin müdafiə güçünü bir qədər artırdı.

Bununla yanaşı, 1991-ci ilin sentyabrında Ayaz Mütəllibovun göstərişi ilə 11 nəfərdən ibarət bir qrup hərbiçi Qaradağlıya göndərilmişdi. Onlar kəndin yuxarı hissəsində Abbasovun evində yerləşmiş və kəndin müdafiəçiləri əməliyyatlar hazırlayıb həyata keçirirdilər. Lakin 1 aydan sonra göndərilmiş hərbçilərin müəmmalı şəkildə geri çağırılması Qaradağlının ağır olan vəziyyətini daha da gərginləşdirdi.

Qaradağlının ermənilərdən geri qaytarılması nə qədər döyüşçülərdən asılı idisə, bir o qədər də vaxtilə düzgün mövqelərdə yerləşdirilmiş postlardan asılı idi. Belə ki, 1990-cı il noyabr ayından etibarən müdafiəçilər kəndin ətrafında güclü müdafiə postları, istehkamlar və səngərlər qurmağa başladılar. Kəndin ətrafında 5 post yaradılıb etibarlı müdafiə qurğuları ilə təchiz olundu. Xankəndindən gələn yolu üstündə üç post qurulmuşdu. Xocavənd rayonu istiqamətində, kəndin girişində yaradılmış post əhəmiyyətinə görə birinci post hesab olunurdu. Bu postun keşikçilərlə təmin olunmasını məktəb direktoru Nobil Zeynalov öz üzərinə götürmüşdü. Orada əsasən Nobil Zeynalovun şagirdləri olmuş gənclər və məktəblilər keşik çəkirdilər. Asfalt yoldan azca aralı kolxoz idarəsinin yaxınlığında qurulmuş post ikinci hesab olunurdu. Kəndin çıxışında asfalt yolun üstündə 3-cü post qurulmuşdu. Kəndxurə istiqamətində qurulmuş 4-cü post da mühüm postlardan biri idi. Kəndə olan basqınların əksəriyyəti isə bu istiqamətdən olurdu. Nəhayət, 5-ci post kəndin ortasında keçən Xonaşen çayının üstündə, Zinki dərəsinin qarşısında yaradılmışdı.

İkimərtəbəli kolxozun inzibati binası olan bu son məntəqə isə Qaradağlının şimal-qərbində yüksək bir mövqedə yerləşirdi. Dörd tərəfdən atəş açmaq üçün etibarlı bir mövqeyə sahib idi. Buradan belə bir nəticəyə gəlmək olar ki, komandanlıq öncədən bu hissədə müdafiə olunmağı qərarlaşdırıb və xeyli sayda insanın orada müdafiə edilə biləcəyi qənaətinə gəlib. Hrayr Karapetyan xatirələrində bildirir ki, bütün mübarizə evin ətrafında cəmləşmiş və bütün tərəflərdən ev mühasirəyə alınmışdı.

“Hücum davam edirdi. Bütün bunlara baxmayaraq, ermənilər dörd bir tərəfdən binanı mühasirəyə aldı, lakin azərbaycanlılar müqavimət göstərirdi. Düşmən vertolyotları da havadan uğursuz cəhd etdilər. Əhatəyə alınmış top atəşləri altında rabitə ilə Ağdamda yerləşmiş komandanlıqlarından köməkçi qüvvələr tələb edirdilər. Müqavimət davam edirdi. Fevralın 17 təxminən saat 15:00 da düşmən daxilində geniş bir çaxnaşma oldu”, – çətin vəziyyətə düşmüş qüvvələrimizi təsvir edən Şiraz Arstamyan bildirir.

4 saatdan çox, yalnız bir məntəqə ətrafında cəmlənmiş döyüşlərdə qüvvələrimizin hansı psixoloji vəziyyətdə olmalarını təsvir etmək istəməzdim. Təbii ki, vəziyyətdən çıxış yolu axtaran döyüşçülərimiz Ağdamdan da, Xocavəndən də yardım istəyə bilərdi. Şiraz Arstamyanın vertolyotlarımızın hücuma cəhd etməsi haqqında məlumatları isə qeyri-dəqiq olaraq qalmaqdadır. Həqiqətənmi helikopterlə yardım etməyə cəhd edilmişdi? Heç bir tərəfdən yardım ala bilməyən döyüşçülər daxilində gərgin bir panika yaşanmışdı. Sonradan ermənilərin ələ keçirdikləri silah-sursat sayına nəzər salsaq görərik ki, müdafiənin vaxtını bir qədər də uzatmaq, mübarizə aparmaq olardı. Amma hara qədər ?

Markar Melikonyan Montenin ikimərtəbəli məntəqəni atəşə tutması haqqında yazır: “…Sonra o soyuqqanlıqla B-7-ni çininə qoydu, nişan aldı və tətiyi basdı. İlk mərmi buranın ikinci mərtəbəsindən küncdəki pəncərədən birbaşa keçdi, içəridə hər şey yanırdı. Pəncərədən sarı alov püsgürdü”.

Qüvvələrimizin hansı şəkildə təslim olmasını xatırlayan Hrayr Karapetyan isə bir sıra maraqlı detalları açır:

“Saat 3-ə yaxın azərbaycanlılar nəhayət ki, təslim oldular. Xatırlayıram ki, 139 əsir vardı, onların bir hissəsi kəndin yaşlı adamları idi, lakin digər hissəsi başqa yerlərdən gəlmiş xüsusi qruplar idi. Qazanılmış hərbi qələbəni bütün dəstələr və bütün döyüşçülər özününkü hesab edirdi. Monte bütün 75 ədəd Kalaşnikov avtomatını və 6 ədəd əl pulemyotunu, qumbara, tapanca və təxminən 2 min gülləni mərkəzi qərargaha (Xankəndinə) təhvil vermək istəyirdi, lakin onun bu istəyi uğursuz oldu”.

Məlumatlara görə, Qaradağlıda 104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvləri əsir götürülmüş və onlardan 80 nəfəri erməni cinayətkarları tərəfindən qətlə yetirilmişdi. Bu günə qədər 119 nəfərin əsir götürüldüyünü bildirsək də, Hrayr xatirələrində 139 əsirdən danışır. Buradan belə bir sual meydana çıxır: 20 nəfər haradadır və onlar kimlər idi? 15 nəfərdən ibarət xüsusi dəstə isə Hrayrın bildirdiyi xüsusi qruplar idi. Məlumatda Hrayr maraqlı bir məqamı qeyd edir. O bildirir ki, Monte Melikonyan ələ keçirilən silahları nəzarətə götürə bilmədi.
Yuxarıda da qeyd edildiyi kimi, Qaradağlıya ilk dəfə hücum edən Arabo, Aramo və Masis dəstələri özbaşına hərəkət edərək, Xankəndi komandanlığı altında deyil, hansısa başqa bir qüvvənin təlimatı ilə hərəkət edirdilər. Arabo dəstəsinin komandiri Manvel Yeğiazaryan Monte Melikonyanla hesablaşmayaraq silahların götürülməsinə imkan verməmişdi. Digər məsələlər daxilində yaranmış ziddiyyətlər nəticəsində bu iki şəxs arasında qızışan münasibətlər isə yüksək erməni komandanlığına qədər qalxmışdı.

Lakin bunlara baxmayaraq, Markar Melkonyan bildirir ki, bütün siyasi realistlərin ardınca Monte “məqsəd vasitələrini doğruldur”mövqeyini qəbul edib: “Bəli, Arabo və Aramo döyüşçüləri qaniçəndirlər, bununla belə onlar məhz elə bir zamanda cəsur döyüşçülərdir ki, belələrinə çox böyük ehtiyac var”.

Ermənilər tərəfdən 6 nəfər öldürülmüş, 14 nəfər (yaralılardan 3 nəfəri Montenin dəstəsindən idi) yaralanmışdı. Onlardan 3-ü Arabo dəstəsindən – Eduard Melkumyan, Sergey Qriqoryan, Artur Qakoryan adlı terrorçular idi. “Arc” ləqəbli Erduard (Edik) Melkumyan “Daşnaksutyun” Partiyasının üzvü olmaqla yanaşı, 1989-cu ildə Arabo dəstəsinə ilk daxil olan şəxslərdən biri olub. Bir daşnak və Arabo dəstəsinin üzvü kimi birinci olaraq Qaradağlıya hücum edən və Arabo daxilində əsas hərəkətveriçi şəxs olan Melkumyanın məhv edilməsi ermənilər daxilində güclü panika yaratmışdı. Melkumyanın məhv edilməsi rəmzi xarakter daşıyırdı.

İşğal əməliyyatı zamanı ermənilərin diqqətini yayındırmaq, Qaradağlıya edilən hücumları dayandırmaq üçün yalnız Əmralılar kəndindən Xocavənd şəhəri istiqamətinə hücum edən qüvvələrimiz işğaldan bir gün sonra da Xocavəndi güclü atəşə tutmuşdular. Lakin bütün bunlar artıq heç bir əhəmiyyət daşımırdı. Artıq Qaradağlı işğaldan sonra soyqırımı aktına da məruz qalmışdı.

“Arabo və Aramonun (erməni silahlı dəstələri) əsgərləri 38 nəfər əsiri göstərdilər, əsirlər dərənin içərisində idi, onların arasında qadınlar, və əsgərlər var idi. Azərbaycanlı əsirlərdən biri bintlə sarılmış əlindən qumbara çıxararaq onlara nəzarət edən erməninin üstünə atdı, qumbara partlayarkən onun ayağının bir hissəsini qopardı. Aramo və Arabonun əsgərləri onsuz da əsirlərdən öldürülmüş yoldaşlarının intiqamını almaq istəyirdilər, bundan sonra onlar əsirləri bıçaqlamağa və avtomatla güllələməyə başladılar. Çapıqlı Edo da onlara qoşuldu, o, bir neçə yaralı əsgərin üstünə benzin tökərək onları atəşə verdi. Monte kənddən aralı olan bu dərəyə gələndə orda yalnız bir taya insan qalıqları var idi”, – Markar Melikonyan bildirir.

“Bəylik bağı” deyilən ərazidə 59 nəfər azərbaycanlı qətlə yetirilib. Digər əsirləri isə yük maşınlarına yükləyib Xankəndinə aparıblar. Yol üstündə olan erməni kəndlərinin sakinləri çıxıb azərbaycanlı əsirlərə tamaşa edimişlər. Vaxtaşırı maşınlar dayanır, əsirləri yerə düşürərək tamaşa edən ermənilərin gözü qarşısında güllələyirmişlər. Xankəndinə Qaradağlıda əsir götürülən yalnız 52 nəfər aparılıb, qalanları isə yolda və kəndin özündə qətlə yetirilib. Erməni əsirliyində daha 7 nəfər qətlə yetirilib. 45 nəfər əsiri isə Qırmızı Xaç təşkilatının vasitəçiliyi ilə qaytarmaq mümkün olur.

Ümumiyyətlə, Qaradağlının işğalı zamanı hər 10 sakinindən biri şəhid olub, 104 kənd sakini girov və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvləri əsir götürülüb. Onların 80 nəfərini erməni cinayətkarları qətlə yetirib. Ermənilər ölənləri silos quyularına doldurub, girovlara dəhşətli işgəncələr veriblər. Girovların əksəriyyəti geri alınsa da, bir çoxunun taleyi hələ də məlum deyil. Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid olub, 42 ailə başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb, kəndin 800 nəfərə yaxın sakini məcburən köçkün düşüb.

Hadisələri müşahidə edən İran ermənisi Maqsud Mehriyan yazır: “…Azərbaycan torpaqlarında müharibə idi. Bu müharibə planlarında mən iştirak etmirdim.

Qoy bunu tarixçilər, siyasətçilər araşdırsınlar. Mən ədəbiyyatçıyam. Mənşəcə də erməniyəm. Azərbaycanlılar vuruşurdular. Onlar vuruşduqca cəsarət və hünərlərinə həsəd aparırdım. Mən ölən, qan içində boğulan azərbaycanlıları gördükcə, qorxurdum. Qan içindən çıxan, qan içindən dirilib gələn azərbaycanlıdan qorxurdum. Nəticədə Qaradağlını tərk etdim. Bir daha o yerlərə getməyəcəyimə söz verdim…”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here