Qar uçqununa düşən əsgərimizin meyidi tapılıb

11 Fevral, 12:54

Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, fevralın 9-u axşam saatlarında Murovdağ silsiləsində xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Rüstəmov Ülvi Əhməd oğlu baş vermiş qar uçqunu nəticəsində həlak olub.

Bu gün Müdafiə Nazirliyinin mətbuat xidmətindən VOİCEPRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, həlak olan əsgərimiz Ülvi Rüstəmovun nəşi hadisə yerindən çıxarılaraq götürülüb.

Artıq əsgərimizin nəşi dəfn olunması üçün doğulduğu Ağcabədi rayonuna aparılıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here