“Qalatasaray” baş məşqçisni istefaya göndərdi

0
314031

Qalatasaray” futbol klubunun baş məşqçisi Yan Olde Rikerinq istefaya göndərilib.

VOİCEPRESS xəbər verir ki, müvafiq qərar klubun direktorlar şurası tərəfindən verilib. İstefaya səbəb klubun cari mövsümdə qeyri-qənaətbəxş nəticələr göstərməsi olub.

Hollandiyalı mütəxəssisin istefası ilə əlaqədar rəsmi məlumatın bu gün veriləcəyi gözlənilir.

Yan Olde Rikerinq 2016-cı ilin martında “Qalatasaray”-ın baş məşqçisi vəzifəsinə gətirilib. Onun rəhbərliyi altında klub Türkiyə çempionatında 6-cı yer tutub və ölkə Kubokunu qazanıb. Hazırda Türkiyə Superliqasında “Qalatasaray” lider “Beşiktaş”dan beş xal az toplayaraq 3-cü yerdə qərarlaşıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here