Prokurorluqdan təklif – Quranla zarafat edən blogerə cinayət işi açılsın

4 Fevral, 15:38

Çeçenistan müqəddəs kitabı ayaqyoluna aparan blogerin cəzalandırılmasını istəyir

Çeçenistan Prokurorluğu müsəlmanların müqəddəs kitabı “Qurani Kərim”lə zarafat edən bloger, yumorist İlya Meddinson (Davıdov) haqqında cinayət işi açılması üçün Respublika üzrə İstintaq Komitəsinə müraciət edib. VOİCEPRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, bloger bir müddət öncə “İnstagram” və “Twitter” səhifələrini bağlayaraq yoxa çıxmışdı.

Psixolinqvistik araşdırmanın nəticəsinə görə, adıçəkilən videomaterial İslam və xristian dinindən olan insanlara qarşı təhqir və alçaldıcı xaraketr daşıyır. Videoçarxın ekstrimist xarakterli elan edilməsi təklif edilib.

Blogerin yaxın dostlarının məlumatına görə, Meddinson əməlinə görə təhdid edilib. Lakin o barəsində dindarların hisslərini təhqir etdiyi üçün cinayət işi açılacağından ehtiyat etdiyi üçün polisə müraciət etməyib.

Xatırladaq ki, müsəlmanları hiddətləndirən kadrlar “YouTube”a 2015-ci ilin aprel ayında yerləşdirilib. İki dəqiqəlik kadrlarda yumorist iki dinin nümayəndələrini birdən təhqir edib. Meddison deyib ki, Quran alıb və onu ayaqyolunda oxuyub.

Lakin tualet kağızı bitdiyi üçün o corabdan istifadə edib. Bundan sonra isə onu müqəddəs kitabın üzərinə qoyub. Çarxın sonunda isə bu kitabın əslində İncil olduğu deyilir.


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here