Poçtda xidmət dəyişdirilir – YENİLİKLƏR

10 Fevral, 10:35

Poçtda xidmət dəyişdirilir – YENİLİKLƏR

Yaxın günlərdə “Azərpoçt” MMC Bakıda “Şəbəkə” xidmət mərkəzi açacaq.

VOİCEPRESS Trend-ə istinadən bildirir ki, mərkəz “vahid pəncərə” sistemi ilə fəaliyyət göstərəcək.

Mərkəzdə vətəndaşlara poçt və maliyyə məsələləri, stasionar telefonun qoşulması, telefon nömrəsinin addan ada keçirilməsi, aviabiletlərin alınması və digər məsələlərlə bağlı xidmətlər göstəriləcək.

Bu ilin ilk yarısınadək Bakıda beş “Şəbəkə” mərkəzinin açılması planlaşdırılır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here