“Rustavi 2” telekanalı Gürcüstan patriarxının katibi Şoren Tetruaşvilinin əmlak bazarı ilə əlaqəsi haqqında qalmaqallı məlumatlar yayıb.
VOİCEPRESS-in məlumatına görə, telekanal bildirir ki, Gürcüstanda daşınmaz əmlak bazarında ən zəngin qadın Şorena Tetruaşvilidir.
“Onun bahalı evi əvvəllər həbsdə olmuş keçmiş yüksək rütbəli məmur, həbsdə olmuş Sulxana Molaşviliyə verilib. Amma bu ev başqa təyinat üzrə istifadə olunur”, – deyə bildirilir.
Xatırladaq ki, Gürcüstanın katalikos-patriarxı II İliyanın zəhərlənərək öldürülməsinə cəhd edildikdən sonra KİV-də onun barəsində müxtəlif məlumatlar yayılır.
Qeyd edək ki, patriarxı zəhərləmək istəyiblər. Bununla bağlı Gürcüstan patriarxının əmlak xidmətinin və tibbi mərkəzinin rəhbəri Georgi Mamaladze fevralın 10-da Tiflis hava limanında saxlanılıb.
O, Almaniyaya uçmaq istəyirmiş. Georgi Mamladze hazırda Almaniyada müalicə olunan və cərrahiyyə əməliyyatına hazırlaşan II İlyanın yanına getməliymiş. Mamaladze həbs edildikdən sonra Gürcüstan Dövlət Mühafizəsinin rəhbəri Anzor Çubinidze Berlinə səfər edib və oradan patriarxın mühafizə xidmətinin rəhbəri Soso Oxanaşvili ilə birlikdə geri qayıdıb.
Soso Oxanaşvili bir neçə saat prokurorluqda dindirildikdən sonra yenidən Berlinə dönüb.
VOİCEPRESS.AZ