VOİCEPRESS xəbər verir ki, bunu report-a açıqlamasında Pakistanın müdafiə sənayesi naziri Rana Tanver Hüseyn deyib.
Nazir qeyd edib ki, Pakistanın müdafiə sənayesi sahəsində böyük təcrübəsi var və Azərbaycan ilə bu istiqamətdə yaxşı əlaqələri mövcuddur.
“Azərbaycan Prezidentinin Pakistana səfəri bu əlaqələri daha da dərinləşdirəcək. Biz Azərbaycanı qardaş olaraq görürük və ona görə əməkdaşlığı dərinləşdirməyə çalışırıq. Biz Azərbaycanla geniş spektrdə – kiçikçaplı silah və sursat istehsalından, təyyarə istehsalına qədər əməkdaşlıq etməyi hədəfləyirik. Qardaş Azərbaycanla birgə müəssisələrin yaradılmasına və texnologiya transferinə hazırıq”, – nazir qeyd edib.
Nazir əlavə edib ki, “JF-17 Thunder” döyüş və “Super Mushshak” təlim təyyarələrinin Azərbaycana satışında heç bir problem yoxdur. “Biz “Super Mushshak” təyyarəsinin Azərbaycana çatdırılmasına hazırıq”, – o vurğulayıb.
VOİCEPRESS.AZ