Pakistanda partlayış – 2 ölü, 18 yaralı

0
314341

Pakistanın Əfqanıstanla sərhəddə yerləşən Peşəvər şəhərində partlayış baş verib.

VOİCEPRESS-in məlumatına görə, partlayış nəticəsində 2 nəfər həlak olub, daha 18 nəfər yaralanıb. Partlayış Həyətabad rayonunda yerləşən tibb kompleksi yaxınlığında baş verib.

Məlumata görə, partlayış terrorçu-kamikadzenin motosikletlə hərəkət edərək avtomobilə çırpılması nəticəsində baş verib.

Partlayışla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here