“Oskar” öz sahiblərini tapdı

27 Fevral, 08:46

Azərbaycanın cənub qonşusundan olan rejissor Tramp qadağasının qurbanı oldu

Bu gecə ABŞ-da kino dünyasının ən nüfuzlu mükafatı olan “Oskar” öz sahiblərini tapıb. VOİCEPRESS-in məlumatına görə, 89-cu dəfə baş tutan mərasim “Dolby” kinoteatrında olub.

Bu il “Oskar”da əsl sürpriz yaşanıb. Belə ki, “ən yaxşı ikinci plan aktyoru” nominasiyasında mükafatı müsəlman aktyor qazanıb. Maherşala Ali bu nominasiyada mükafat qazanan ilk müsəlman aktyor olub.
ABŞ prezidenti Donald Trampın müsəlmanlara qadağası da mərasimə təsirsiz ötüşməyib. “The Salesman” (Ay işığı) filmi “ən yaxşı əcnəbi film” nominasiyasında mükafat qazanan iranlı rejissor Əsgər Farhadi heykəlini almayıb. O, viza qadağasına görə ABŞ-a gedə bilməyib.

“Oskar” heykəlini qazanan digər nominasiyalar aşağıdakılardır:

“Ən yaxşı mahnı” – “La la Lend”

32 yaşlı rejissor Demen Şazelin “La-La Lend” müsiqili filmi bu mərasimdə ən çox mükafat qazanan film olub. Film “Üzüklərin hökmüdarı”, “Titanik”in rekordlarını qırıb və 14 nominasiyada namizəd göstərilib. Lakin film 11 heykəl qazanıb və adıçəkilən filmlərdən geri qalıb.
“Ən yaxşı ikinci planda aktrisa” – Viola Davis “Fences” (Hasar)
“Ən yaxşı sənədli film” – “O.J: Made in America” (O.J:Amerika istehsalı)

“Ən yaxı səs effektləri” – “Arrival”
“Ən yaxşı qısa animasiya filmi” – “Piper”

“Ən yaxşı animasiya” – “Zootopia”

“Ən yaxşı effekt” – “The Jungle Book”

“Ən orjinal mahnı” – “City Of Stars” (Ulduzlar şəhəri), “La La Land


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here