“Əgər Allah onu aparmaq qərarına gəlsə, onda biz bir meyit olaraq onun arxasında durmalıyıq”, – birinci ledi Buhera şəhərində keçirilən çoxminlik mitinqdə deyib.
Qərb mediası yazır ki, gələn həftə 93 yaşına qədəm qoyacaq prezident son günlər ictimaiyyət qarşısında az-az görünür və əvəzində onun 51 yaşlı arvadı xeyli fəallaşıb. Muqabe 1980-ci ildə müharibə başa çatandan bəri Zimbabveyə prezidentlik edir.
VOİCEPRESS virtualaz.org-a istinadən bildirir ki, Qreys Muqabe ərinin hələ partizan müharibəsi zamanından qalan bəzi silahdaşlarına xəbərdarlıq edib ki, prezidentlik üçün onlar da çox qocadırlar. Xanım Muqabe deyib ki, əri getsə, onlar da getməlidirlər. “Sonra biz hakimiyyəti ələ alacağıq, çünki həmin partizan müharibəsində olmamışıq”, – Muqabenin arvadı deyib.
Prezidentin özünə gəldikdə isə, o, xalqa hələ 100 yaşınadək yaşayacağını vəd edib.
VOİCEPRESS.AZ